azenrutr

Ana Səhifə » Haqqımızda

Haqqımızda

İstehlakçıları saglam, təbii, çeşidli məhsullarla təmin etmək, hər zaman onların etibarını qazanmaq, süfrələrin ayrılmaz parçası olmaq bizim əsas hədəflərimizdən biridir. Saville markası 2009-cu ildən etibarən Azərbaycan bazarına daxil olmuşdur. Saville markası yaranan gündən özünəməxsus dizaynı ilə istehlakçılrın zövqünü oxşayır və son illər ərzində çeşidli və keyfiyyətli məhsullar təklif edərək xanımların etibarını qazanmışdır.

Nə qədər “makaron” dediyimiz zaman ağlımıza gələn ilk şey İtaliya olsa da, makaronun Çində kəşf olunduğu söylənilir. Hətta bu gün makaron istehlakının ən yüksək olduğu İtaliyaya da bu yeməyin XIV əsr səyyahı Marko Polo tərəfindən Çin səyahətindən sonra gətirildiyi iddia edilir. Sözsüz ki, İtalyanlar bu iddianı rədd edirlər. Çində makaronun I əsrdə kəşf olunduğu, hətta 960-1280-cı illər arasında hökmdarlıq etmiş Sunq xanədanlığı zamanında populyarlığının artıb, xüsusi makaron dükanlarının da açıldığı məlumdur.

Ancaq İtalyanlar, bir Etrusk məzarının yanında olan makaron istehsalında istifadəsi mümkün alətlərə əsaslanaraq bizim eradan əvvəl VII-III əsrlər arasında yaşamış olan Etrusk tayfalarının makaronu kəşf etdiyini iddia edirlər. Etruskların da makaronun reseptini, o zamanlar müharibə vəziyyətində olduqları Yunanların “laganon” dedikləri xəmirin lay vəziyyətində kəsilməsiylə bişirilən yeməkdən aldıqları və “lazanya” adının da buradan gəldiyi fərz edilir. Marco Polonun öz ölkəsinə qayıdarkən burada makaronu görərək heyrətlənməyi Çində makaron yediyi ilə əlaqələndirilir. Marco Polonun müasirləri olan italiyalı Lacapone da Todi və Bakaççonun əsərlərində makaron, lazanya və raviolidən bəhs edilir ki, bu fakt da, o zamanlar İtaliyada bu məhsulun olduğunu göstərir. Bunlardan başqa eramızın 1200-cü illərində Yaxın Şərqdə “rişta” , Hindistanda “sevika”, Ərəblərdə “itriyah” (hər üçü ip mənasını verir) adlandırılan yeməklərin olduğu bizə məlumdur. Hətta “rişta” yeməyinin 1226-cı ildə yazılmış bir resepti də Bağdadda tapılmışdır. İtalyanların nazik uzun makaronlarına “spago”dan (ip) gələn spagetti adını vermələri də, bu şərq mənşəyi ehtimalını qüvvətləndirmişdir.

 

Bu gün makaron şəklini ifadə edən “makaroni” adı ilk zamanlarda bütün makaron növlərini ümumiləşdirmək üçün istifadə olunan bir sözdür. Nə üçün bu sözün seçildiyinə dair bir çox fantastik hekayənin olmasına baxmayaraq, sözün dəqiq mənşəyi bilinmir. İtalyanlar makarona, xəmir mənasında olan “pasta” adını uyğun gördükləri halda biz, “makaron” termininə üstünlük vermişik.

 

XV əsrin əvvəllərində Napolidə makaronunilk kütləvi istehsalına başlanmışdır. Lakin istehsal olunan məhsulların uzun müddət qalmaması (saxlama şərtləri) istehsalın dayandırılmasına səbəb olmuşdur. Makaronun yaxşıca qurudulması və uzun müddətli olmasını təmin edən şərtlər itira edildikdən sonra 1800-ci illərdə makaron sənayesi yaranmağa başlamışdır.

 

Saville makaronları ilk dəfə 2009-cu ildə Azərbaycan bazarına daxil olmuşdur.

 

Bəyənilən makaron çeşidlərinə sahib olan Saville bişirildiyi zaman bir-birinə yapışmır, rəngi gözəl, dadı mükəmməldir.

 

Makarondan əlavə Saville markası sizə müxtəlif çeşidli məhsullar təklif edir: qarışıq turşu, xiyar turşusu, konservləşdirilmiş göbələk, zeytun, üzüm yarpağı, öz suyunda soyulmuş doğranmış pomidor və çeşidli mürəbbələr.

 

Saville ilə dünya mətbəxinin ənlərini kəşf edin.

 

Saville mükəmməllik simfoniyası!