azenrutr

Saville linguine-dən bişmə

Kateqoriya: Spagetti yeməkləri
Hazırlanma: 30 dəqiqə

»»250 qr Saville linguine

»»1 xörək qaşığı kraxmal

»»1 xörək qaşığı soya sousu

»»1 xörək qaşığı şəkər tozu

»»2 diş sarımsaq

»»2 ədəd kök

»»1 dəstə yaşıl soğan

»»50 qr yaşıl noxud

»»Bitki yağı

  • Duzlu suda Linguine Saville “al-dente” halınadək qaynatmaq.
  • Süzgəcə atmaq və bir qədər qurumağa imkan vermək.
  • Tavada bitki yağını isitmək, üzərində xırdalanmış sarımsaq və yaşıl soğanı 1 dəqiqə qızartmaq.
  • Noxud və uzunsov doğranmış kök əlavə edib 1 dəqiqə bişirmək.
  • Qızardılmış tərəvəzləri Linguine Saville ilə qarışdırmaq.
  • Nişasta, soya sousu və 1 xörək qaşığı bitki yağı əlavə etmək. Yaxşıca qarışdırmaq.
  • İri tavada bitki yağını isitmək, pasta və tərəvəzləri əlavə etmək və bel ilə əzib 5 dəqiqə qızartmaq.
  • Qızardılmış tərəfi ilə qaba üzüyuxarı düzmək.