azenrutr

Göbələk və kərə yağlı Penne rigate

Kateqoriya: Makaron yeməkləri
Hazırlanma: 60 dəqiqə

»»200 qr şampinyon

»»250 qr Penne Rigate Saville pastası

»»Sürtgəcdən keçirilmiş parmezan

»»Təzə rozmarin

»»Sarımsaq (yarım diş)

»»100 qr kərə yağı

»»Tərəvəz bulyonu

»»Duz

»»Üyüdülmüş qara bibər

»»Zeytun yağı

  • Əvvəlcə göbələkləri hazırlamaq.
  • Şampinyonları təmizləmək, yaxşı yumaq, uzununa nazik doğramaq.
  • Yarıhazır hala kimi zeytun yağında qızartmaq. Bu, təxminən 10 dəqiqə çəkir.
  • Təzə rozmarini xırda-xırda doğramaq.
  • İsidilmiş tavaya zeytun yağı tökmək.
  • Penne Rigate Saville üçün lazım olacaq suyu qaynamağa qoymaq.
  • Bölünmüş sarımsağı yağa əlavə etmək. Bir qədər qızartmaq.
  • Sonra göbələk əlavə etmək və yarıhazır hala qədər qızartmaq. Bu, orta odda təxminən 10 dəqiqə çəkir.
  • Su qaynadıqdan sonra Penne rigate Saville pastasını, paçkada göstərildiyindən 1-2 dəqiqə az qaynatmaq.
  • Göbələklərə yarımçömçə tərəvəz bulyonu əlavə etmək. Tərəvəz bulyonu yoxdursa, onu ət bulyonu ilə əvəz etmək olar.
  • Bulyonun buxarlansı üçün onu göbələklər ilə bir tavada 3 dəqiqə qaynatmaq. Sonra kərə yağı əlavə etmək və daha 2 dəqiqə gözləmək.
  • Qarışdırmaq, qalan bulyonu az-az üzərinə əlavə etmək. 5 dəqiqə gözləmək.
  • Su və istiot zövgə görə əlavə etmək.
  • Pastanın suyunu süzmək, özünü isə hazır göbələklərə əlavə edib 2 dəqiqə qızartmaq.
  • Elə tavada olarkən sürtkəcdən keçirilmiş parmezan əlavə edib qarışdırmaq.