azenrutr

Ana Səhifə » Faydalı məlumatlar

Makaronlar

  1. Makaron qaynadarkən ortaya çıxan çətinliklərdən biri də suyun daşmasıdır. Bunun qarşısını almaq üçün makaron qaynadarkən suyuna bir az kərə yağı və ya bir neçə çay qaşığı bitki mənşəli yağ qatmaq lazımdır. Bu, qazandakı suyun daşmasının qarşısını ala bilərsiniz. Bundan əlavə belə etdikdə makaronlar daha parlaq görünəcəkdir.

  2.  Makaronu qaynadarkən onun suyuna yarım stəkan süd qataraq onu daha da ləzzətli edə bilərsiniz.

  3. Makaron dadında fərqlilik istəyirsinizsə, yağlı souslar ye həm suyun daşmasının qarşısını alacaq, həm də makaron daha parlaq görsənəcəkdir.

  4. Makaronunuzun ləzzətini artırmaq istəyirsinizsə, qaynadılan suya bir - iki baş soğan, kök və s. tərəvəzlər qoya bilərsiniz. Əgər makaronda tərəvəz ləzzətini xoşlamırsınızsa onda suyun içinə bir miqdar ət və ya toyuq suyu (bulyon) da qata bilərsiniz.

  5. Makaronu adətən böyük ölçülü qazanda qaynadın. 500q makaronu 5l su ilə qaynadın və buna uyğun böyüklükdə qazan seçin.

  6. Makaron qaynadılan suya su qaynamadan duz atmayın. Əgər belə etsəniz qaynama prosesi gecikəcək. Su qaynamağa başladıqdan sonra duz atıb arxasından dərhal makaronlaru əlavə edə bilərsiniz.

  7.  Makaron qaynayarkən qazanın qapağını bağlamayın. Bu vəziyyətdə qazandakı su daşmayacaq.

  8.  Makaron qaynadılıb süzüldükdən sonra tərkibində olan vitaminlərin və ləzzətinin saxlanılması üçün üzərinə soyuq su gəzdirməyin. Amma makaronlar müəyyən bir müddət üzərinə sous vurulmadan qalacaqsa bir birinə yapışmaması üçün maye yağ qata bilərsiniz.

  9. Su qaynadıqdan sonra makaronları onun içinə töküb taxta qaşıqla bir dəfə ehmalca qarışdırın.

  10. Makaronun ideal bişmə müddəti paketlərimizin üzərində qeyd olunur. Ancaq bu müddət makaronun növünə görə dəyişir. Qaynayan suya makaronu qatdıqdan sonra suyun qaynaması bir müddət dayanacaq. Su yenidən qaynamağa başladıqda, bu o deməkdir ki, makaronunuz bişməyə başlayır. Makaronun bişib-bişmədiyini yoxlamağın ən etibarlı yolu isə onun dadına baxmaqdır. Bişirmə zamanı paketin üzərində yazılan müddətdən 3, 2 və 1 dəqiqə öncə makaronun dadına baxın.

  11. Əgər souslu makaron hazırlayırsınızsa, qaynama müddətini 1 dəqiqə qısaldın. Çünki makaron sousun istiliyi ilə bir az da bişəcək.

  12. Makaronu bişirən zaman qaynadılan suya duz qatın, çünki makaron duzu sevir. Duzu, su qaynadıqdan sonra qatmalısınız. Duz suda tam həll olduqdan sonra makaronların hamısını eyni anda suya tökün. Əgər pəhriz saxlayırsınızsa və bu səbəbdən duzdan istifadə edə bilmirsinizsə, duzun əvəzinə suya limon sıxa bilərsiniz.

  13. Makaronu süzmək üçün kiçik deşikli bir süzgəc daha əlverişlidir. Çünki iri deşikli süzgəcdən istifadə edən zaman su bir anda boşalır və nəticədə makaronlar bir-birinə yapışa bilir. Halbuki makaronu bir qədər nəm saxlamaq faydalıdır. Beləcə makaron sousu özünə yaxşıca çəkir. Bundan əlavə, makaron bişən kimi süzülməlidir. Onu suda saxladığınız hər dəqiqə bişmə müddətinə əlavə olunacaq.

  14. Makaronu süzmədən əvvəl qaynadılan sudan bir stəkan ayırıb kənara qoymaq məsləhətdir. Makaron və ya sous quru olarsa, onun üzərinə həmin su əlavə edilə bilər. Qaynadılan suya makaronun nişastası keçir və bu səbəbdən əlavə edilən həmin su adi duru sudan daha ləzzətli olur.​

  15. Makaronu süzdükdən sonra onu sousla birlikdə yaxşıca qarışdırmaq üçün dərin qabdan istifadə edilməlidir. Bu mərhələdə sürət əhəmiyyətlidir. Makaron süzülən kimi sousla qarışdırılmalıdır. Süzgəcdə saxlanılarsa, makaronlar bir-birinə yapışa bilər. Sous hər bir makaron dənəsinə yaxşıca qarışmalı olsa da, makaron sousun içində üzməməlidir.

  16. Makaron qaynamağa başlayan zaman artıq süzgəciniz hazır olsun. Süzmə prosesində süzgəcin ətrafından isti su axıtmağa başlayın ki, süzgəc isti makarona hazır olacaq dərəcədə isinsin. Makaronun qurumasının qarşısını almaq üçün süzgəcin nəm qalması vacibdir.

  17. Makaron kökəldirmi? Xeyr, kökəltmir. 100 qram makaronda orta hesabla 370 kalori var. Makaron bişiriləndə ilk növbədə sousun hazırlanma qaydasına diqqət yetirilməlidir. Sous hazırlanan zaman yağdan az istifadə olunmalıdır. Hətta, Aralıq dənizi pəhriz yeməklərinə sadə və ya az pomidor sousu ilə hazılanmış makaron da daxildir.

Spagetti makaronları

Makaronun spaqetti çeşidinin qazana yerləşməsi üçün onları qırmaq vacıb deyil. Qaynayan suyun içinə atın və yumşalıb suyun üzərinə çıxmağını gözləyin, tədriclə spaqettinin ucları yumşaldıqdan sonra yuxarıdan basaraq hamısını suyun içinə sala bilərsiniz.